Nəzakət Əzimli

Nəzakət Əzimli

Sosial elmlər – Urbanistika və feminist nəzəriyyəsi

  • Beynəlxalq münasibətlər və iqtisadiyyat, BSc, Bakı Dövlət Universiteti, 2014
  • Beynəlxalq siyasi iqtisadiyyat, MSc, King’s College London, 2015

Əsasən urban inkişafın təhlilinə fokuslansam da, həm də siyasət təhlili, tərtibi və inklüziv inkişaf sahəsində təcrübəm var. Dörd ildir ki Təbii Resurların İdarə Olunması İnstitutunun Avrasiya Bilik Mərkəzində İnkişaf meneceri kimi çalışıram. İşim əsnasında təhsil və araşdırma proqramlarının dizaynı, həyata keçirilməsi və qiymətləndirilməsi ilə məşğul olmuşam. Hal-hazırda onlayn təhsil platformasının yaradılması üzərində çalışıram. 

Son illərdə müstəqil şəkildə şəhər məkanında kollektiv fəaliyyət, ev, sakinlərlə birgə şəhər planlaması və iqlim ədaləti mövzularını araşdırmışam. 2018-ci ildə Baku Urban Agenda konfransının təşkilatçısı və Baku IdeaLab-ın proqram meneceri olmuşam. Son 9 ayda Niderlandda STIPO şirkəti ilə birgə-dizayn, iştirak əsaslı planlama, iqlim adaptasiyasında ictimai məkanların rolu, ictimai əsaslı layihələrin dayanıqlığı mövzuları üzərində çalışmışam. Oktyabr ayında birgə üzərində işlədiyimiz Dayanıqlı Placemaking Modelləri dərc olunacaq. Placemaking Europe şəbəkəsində Ev məsələləri, Akademik cığır və Şəhərsalma, Film və Media işçi qruplarının həm-lideri, iqlim dəyişikliyi işçi qrupunun üzvüyəm. Bundan əlavə məsələlərə və araşdırmalarıma daha kreativ yanaşma istifadə edə bilmək üçün incəsənət sahəsində də Zurich İncəsənət Universitetində təhsil alıb, bir neçə əlaqəli layihəyə kurasiya etmişəm.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt