Elmir Məhəmmədov

Elmir Məhəmmədov

Bioinformatika

  • Biologiya, BSc,  Alberta Universiteti, 2016
  • Bioinformatika, MSc, Kopenhagen Universiteti, 2018
  • Bioinformatika, PhD, Epigenetika və Kök Hüceyrə İnstitutu, Münxen Helmholtz Mərkəzi (indi)

Bakalavr təhsilim çərçivəsində həyata keçirtdiyim layihə anadangəlmə böyrək və ifrazat sistemi xəstəliklərində bütöv-eksom ardıcıllama analizi yolu ilə yeni genlərin təyin olunmasına fokuslanmışdı. Bunun ardından bioinformatika sahəsi üzrə magistr təhsilim zamanı Berlində yerləşən Nəzəri Biologiya İnstitutunda məməlilərdə sirkadian saat sistemindəki gen-tənzimliyici şəbəkələrin riyazi modelləşdirilməsi üzərinə çalışmalar aparmışam. Daha sonra isə Münxen Helmholtz Mərkəzinin Epigenetika və Kök Hüceyrə İnstitutunda Antionio Scialdone-nin rəhbərliyi altında doktorantura araşdırmalarıma başlamışam. Hazırkı araşdırmalarım hüceyrə taleyinin təyin olunmasını tək-hüceyrəvi transkriptomik analiz yolu ilə öyrənməyə yönəlib. Burada məqsəd məməlilərdə (insan və siçan) inkişaf prosesi zamanı hüceyrə heterogenliyinin mənşəyini tək-hüceyrəvi transkriptomika yolu ilə öyrənməkdir. Bu yeni metodun verdiyi üstünlüklərdən istifadə edərək məməli ürəyində hüceyrə taleyi qərarının verildiyi zaman hüceyrənin molekulyar halını hesablamalı (computation) yollarla təyin etməyə çalışıram. Tək-hüceyrəvi genomika datası hüceyrə heterogenliyi ilə əlaqəli tənzimləyici mexanizmləri, genomdakı funksional domenləri, zaman və məkanda baş verən hadisələri öyrənməyə imkan verir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt