enzyme

biologiya, kimya

Enzim1. Kimyəvi reaksiyalarda iştirak edən maddə. Enzimlər aktiləşmə enerjisini azaldaraq reaksiyanı sürətləndirir. Reaksiyada iştirak edən digər maddələrdən fərqli olaraq enzimlər adətən reaksiya nəticəsində dəyişmir və reaksiya başa çatdıqdan sonra adi hallarına geri dönürlər. Enzimlərin adları əsasən enzimin bağlandığı substratlardan gəlir (substrat adına -az2 şəkilçisinin əlavə edilməsi ilə). Məsələn, laktoz şəkərini parçalayan enzimin adı laktazdır.

 

Etimologiya

Yunanca enzumos, (xəmirin və ya çörəyin) şişməsi, dəyişməsi.

 

Qeydlər

1. Azərbaycan dilində mövcud olan ədəbiyyatda “enzim” sözü yerinə “ferment” sözündən də istifadə olunur. “Ferment” ifadəsi biokimyəvi proses olan fermentasiya ilə əlaqəli olduğundan və buna görə terminologiyada qeyri-dəqiqlik əmələ gətirdiyindən, onun əvəzinə “enzim”dən istifadə olunmasını təklif edirik.

2. Mövcud ədəbiyyatda -az yerinə –aza şəkilçisindən daha çox istifadə olunur. Lakin yeni orfoqrafiya qaydalarına əsasən, sondakı -a atıldıqda mənası dəyişməyən sözlər üçün a-nın istifadə olunmaması məsləhət görülür, ona görə də biz də -aza yerinə -az istifadə etməyi məsləhət görürük:

Sonu a saiti ilə bitən alınma sözlər iki cür yazılır:

a) Aşagıdakı sözlərin sonunda a hərfi ya­zıl­mır: aksiom, anket, ap­tek, atmosfer, fab­­rik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, qrup, leksem, lent, ma­şın, perspektiv, planet, pyes, reklam, rezin, sistem, sis­tern, sitat, teorem, vitrin və s.

b) sonundakı a saiti atılarkən mənası anlaşılmayan və ya başqa məna verən sözlər mənbə dildəki kimi a hərfi ilə yazılır: botanika, doktrina, forma, kamera, qram­ma­tika, norma, poetika, poeziya,respublika, taktika və s. Belə sözlərin sonun­da a hərfi ya­zılmadıqda məna dəyişikliyi baş verir. Məsələn, botanika elm sahəsi olduğu hal­da, botanik sahə üzrə mütəxəssisdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Axtarmaq istədiyiniz şeyi yazıb, Enter düyməsinə basın. Çıxmaq üçün Esc düyməsinə basın.

Yuxarı qayıt