Elmdə Qadınlar: Ayla Kruisla Müsahibə || Women in Science: An Interview with Ayla Kruis

Ayla Kruis Biologiya üzrə Bakalavr dərəcəsini Vrije Universitetindən, İdrak Neyroelmi ixtisası üzrə Master dərəcəsini isə 2013-cü ildə Amsterdam Universitetindən almışdır. Məzun olduqdan sonra iki il Wisconsin-Madison Universitetində yaşlanmanın emosional həyata və beyinə necə təsir etdiyini araşdıran qrupda layihə meneceri kimi işləmişdir. Daha sonra Niderlanda geri dönərək çalışmalarının istiqamətini elmlə cəmiyyət arasındakı əlaqəni öyrənməyə dəyişmişdir. Hal-hazırda […]

Atom Bombasının Hekayəsi

Bu mətn Atomun hekayəsi məqaləsinin davamıdır. Niels Bohr (nils bor) atomun quruluşu haqqında mükəmmələ yaxın modeli qurduqdan sonra, Einstein ilə görüşüb, elmi işlərini ona göstərmək üçün, İngiltərədən gəmi ilə ABŞ-a doğru yola çıxır. Həmçinin, siyasi fikirlərinə görə və əcdadlarının yəhudi olması səbəbiylə, Bohr, doğma ölkəsi olan Danimarkanı, Hitlerin işğalı zamanı tərk etmək məcburiyyətində qalır. İrqçi Nazi rejimindən […]

Sonsuzluq > Sonsuzluq?!

Sonsuzluq dedikdə ağlımıza ilk nə gəlir? Sonsuz həyat, sonsuz kainat, hətta bəzən daha bədii, sonsuz məhəbbət… Bu məqalədə sonsuzluq məsələsinə riyazi tərəfdən baxacağıq. Çünki yuxarıda sadaladığım sonsuzluq nümunələri insan beyninin və istifadə etdiyi simvolik dillərin təbiətlə qarşılıqlı münasibətdə ortaya çıxardığı məhsullardır. Riyaziyyatı da bir növ dil kimi qəbul etmək olar; o dil hansı ki, kainatdakı […]

Növlərin Mənşəyi – Ⅱ Fəsil – Təbiətdə Çeşidlilik

| Charles Darwin |  Dəyişkənlik — Fərdi fərqliliklər — Şübhəli növlər — Geniş yayılmış və adi növlər ən çox dəyişənlərdir — Böyük cinsin növləri hər ölkədə kiçik cinsin növlərindən daha çox dəyişir — Böyük cinsin bir çox növü bir-birilə yaxından, lakin qeyri-bərabər şəkildə əlaqəli olduğuna və məhdud yayılma ərazisinə malik olduğuna görə çeşidlərə bənzəyir. Əvvəlki […]

Zəka və Davranışın Genetikası

İnsanlar arasında zəka səviyyəsi bir-birindən fərqlənir və bunun səbəbləri elm aləmində uzun zamandır müzakirə mövzusu olmuşdur. Bəziləri bu fərqliliyin daha çox irsi fərqlilikdən qaynaqlandığını, digərləri isə ətraf mühitin daha mühim rol oynadığını düşünür. Bu yazıda sözügedən mövzu ətrafında indiyədək gedən müzakirələrin kiçik icmalını və son zamanlarda aparılan bir sıra önəmli araşdırmaları diqqətinizə çatdıracağam. 1870-1920 Francis […]

Heç Nədən Yaranan Kainat

| Lawrence Krauss | Lawrence Krauss Arizona Dövlət Universitetində nəzəri fizika və kosmologiya professorudur. Akademik işlərindən əlavə, Krauss tez-tez müzakirə və debatlarda iştirak edir, elmin populyarlaşmasına dair işlər görür. “Heç Nədən Yaranan Kainat”ı (ing. Universe from Nothing) müəllifin ən uğurlu kitabı saymaq olar. O, kitabda fizika qanunlarının kainatın yoxdan var olmasına imkan verdiyini anlatmağa, və […]

Entropiya

Entropiya sözü adətən nizam sözü ilə birlikdə işlədilir. Əlbəttə, gündəlik dilimizdə nizam sözünün nə mənaya gəldiyini bilirik, amma bu sözə obyektiv elmi tərif vermək üçün ilk öncə entropiyanın riyazi izahatını nəzərdən keçirtməliyik. Bu riyazi izahat nizam anlayışını informasiya anlayışı ilə əlaqəndirəcək və ətrafda baş verən proseslərə baxış bucağımızı xeyli dəyişdirəcəkdir.

Yaşlanmanın Genetik Səbəbləri

Müasir dövrdə, elmi tədqiqatın fəal aparıldığı inkişaf etmiş ölkələrin bir çoxunda əhalinin yaşlanması müşahidə olunmaqdadır. Dəyişən demoqrafik quruluş cəmiyyət üçün yeni şərtlər ortaya çıxarır ki, bunlardan biri də əhalinin yaşlı kəsiminin həyat keyfiyyətini yuxarı saxlamaq üçün tələb olunan tibbi xidmətin inkişafıdır. Bu şərtlər altında son illər yaşlanmanın elmi baxımdan araşdırılması genişlənmiş və yaşlanma  prosesinin necə […]

Qaynayan Çaydanın Sirləri

|Balaqardaş Bəşirov| Səhər durursunuz, gözlərinizi ovuşdurub çayı hazırlamaq üçün ilk öncə çaydanı qızdırırsınız. Qısa müddətdə su qaynayacaq və çayınızı hazırlaya biləcəksiniz. Amma, suyun qaynamış olduğunu necə bilirsiniz? Ümumiyyətlə qaynama nədir? Qaynama zamanı nələr baş verir? Sizin üçün maraqlıdırsa, çayınızın həzzini çıxardaraq oxumağa davam edin.

Optogenetika

| Rəşad Yusifov | Beynin quruluşunu və işləyişini hüceyrə səviyyəsində öyrənmək olduqca məşəqqətli tapşırıqdır. Neyroelm tədqiq etdiyi sualları cavablandırmaq üçün çox həssas texnologiyalara ehtiyac duyur.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt