Campbell Biologiya Kitabının Birinci Hissəsinin Təqdimatı

Habitat Tərcümə Layihəsi (HTL) çərçivəsində tərcümə etməkdə olduğumuz Campbell Biologiya kitabının ilk hissəsini təqdim edirik. Təqdimatda Campbell Biolgiya və HTL haqda daha ətraflı məlumat verəcək, tərcümə layihəsinin təşkilatı ilə bağlı təcrübələrimizi paylaşacaq, suallarınızı cavablandıracağıq. Təqdimat eyni zamanda canlı şəkildə Facebookda Elmi Spektr səhifəsindən yayımlanacaq.

HTL 2.5 il əvvəl başladılmış, elmi dərsliklərin Azərbaycan dilinə qazandırılmasına çalışan tərcümə layihəsidir. Təşəbbüsün ilk çalışması dünyanın bir çox aparıcı dillərinə tərcümə olunmuş və elmin inkişaf etdiyi bir çox ölkədə biologiyaya giriş xarakteri daşıyan dərslik kimi işlədilən Campbell Biologiya kitabıdır. Kitabın təqdim edəcəyimiz ilk hissəsi əsasən canlı təbiətin kimyasından bəhs edir. Bu fəsillərdə canlıları təşkil edən kimyəvi maddələrin müxtəlif növləri, strukturu və funksiyaları ilə tanış olacaqsınız. Bu hissə 56 fəsildən ibarət kitabın ilk 6 fəsilidir. Kitabın ümumilikdə təqribən 20 fəsli tərcümə olunub və bu fəsillər üzərində iş davam etməkdədir. Tərcümə, redaksiya və yoxlamadan keçmiş fəsillər hazır olduqca ictimaiyyətlə paylaşılacaq.

Müzakirəyə interaktiv şəkildə qoşulmaq, HTL-in təsisçiləri və kitabın tərcüməçiləri ilə birbaşa əlaqəyə keçmək, tərcümə hərəkatı ilə bağlı fikirlərinizi bildirmək üçün aşağıdakı keçiddəki qeydiyyat formundan istifadə etmək və təqdimat günü email ünvanınıza gələn təsdiq məktubundakı keçiddən görüşə qoşulmağınız kifayət edir.

Qeydiyyat formu:
https://us02web.zoom.us/webinar/register/WN_fo21eH_4TiyD_S2uiLZuIA

Təqdimatçılar:

Araz Zeyniyev – Mikrobioloq, eyni zamanda HTL-in həmtəsisçisi, idarəçi, tərcüməçi və elmi redaktoru

Ərtoğrul Alışbəyli – Neyroelm üzrə doktorant, eyni zamanda HTL-in həmtəsisçisi, idarəçi, tərcüməçi və elmi redaktoru

Layihənin digər üzvləri: Naqi Məhəmmədzadə, Şəbnəm Məhərrəmova, Cəfər İsbarov, Mehman Abdullayev, Firudin Həsənov, Nigar Cəmilgil


Layihə ilə bağlı yarana biləcək bəzi sualları aşağıdakı videoda cavablamağa çalışdıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt