Qərəz və Kontrol Təcrübələr

Ümid edirik ki, artıq birinci yazını oxumuş və ilkin elmi ədəbiyyat araşdırmanızı aparmısınız. Ya da, ən azından, heyvanlar üzərində aparılan araşdırmaların əhəmiyyətini daha dərindən qiymətləndirməyə başlamısınız. Lap əla! Gəlin onda ahəngi pozmayaq və heyvanlar üzərində aparılan araşdırmalar mövzusu ilə davam edərək başladığımız işi tamamlayaq. Qərəz Elə ilk yazıdaca vurğuladığımız kimi, araşdırmaların aparılması zamanı tədqiqatçıları narahat […]

İçmişəm Çaxır, Sellər, Sular Axır!

Macduff: İçki hansı üç şeyi təşviq edir? Porter: Bəs necə cənab, əlbəttə ki, qızarmış burun, yuxu və sidik. Şəhvət hissini isə, cənab, o, həm təşviq edir, həm də basqılayır: yəni, istəyini təşviq edir, amma, icrasını basqılayır. “Macbeth”, William Shakespeare Yəqin heç bir kəs şübhə etməz ki, alkoqolun kəşfindən ta günümüzə qədər bir çox bəni-adəm içib-içib, […]

Bizi birləşdirən, eyni zamanda, fərqləndirən dəyər: DNT İkili Sarmalı (2-ci Hissə)

| Sadiq Niftullayev | İkinci hissəni nə estetik gözəllik, nə də ağıl-kamal cəhəttən kasadlıq yaşamayan bir xanımın bu valeh edici şəkli ilə başlayırıq. Ümidvarıq ki, ötən saydan bu saya Chase’in acı taleyindən tutmuş, DNT-nin fosforla aşıb daşan tərkibinə, habelə, evində oturduğu yerdə “başına bomba düşmüş” Frederick’dən ta Hershey-Chase təcrübəsindəki mətbəx blenderinədək bir çox detal barədə düşünmək imkanınız olub.

Bizi birləşdirən, eyni zamanda, fərqləndirən dəyər: DNT İkili Sarmalı (1-ci Hissə)

| Sadiq Niftullayev | DNT molekulu müasir biologiya elminin, xüsusən də, genetika və molekulyar biologiyanın onurğa sütununu təşkil edir. Necə deyərlər, əgər biologiya elmini qədim dünya tarixi hesab etsək, onda heç şübhəsiz ki, DNT molekulu o dövrün Roması olardı. Niyə? Çünki, qədim dünyada bütün yolların Romaya apardığı kimi, müasir biologiyada da bütün yollar DNT’yə aparır.

Empirik Elmin Açarı: Təcrübələrin Ərsəyə Gətirilməsi

Daha əvvəllər elm adamlarına qaranlıq qalan məqamlara aydınlıq gətirdikləri ücün, təcrübələrin müasir elmin əvəzolunmaz bir parçası olması danılmaz bir faktdır. Bütün elm tarixi boyunca, daim aktual qalan məsələlərdən biri də təcrübələrin aparılması üçün doğru model sistemlərin seçilməsi olmuşdur. Müxtəlif səbəblərdən — məsələn, izolə edilib becərilmiş hüceyrə kulturalarından daha mürəkkəb olduqlarından, insan xəstəliklərini daha yaxşı təqlid […]

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt