Güzgü neyronları

Güzgü neyronlarının kəşfi beyində davranışın əmələ gəlməsi ilə digər fərdlərin davranışının başa düşülməsinin bir-birindən tamamilə ayrı proseslər olmamasına dair nəzəri fikirlərin inkişaf etdirilməsində böyük rol oynamışdır. Buna görə də güzgü neyronları fenomeni neyroelm, koqnitiv elm və fəlsəfənin qovşağında xüsusi yer tutur.  İnsanlar və Yer üzündəki bir çox heyvan növü olduqca mürəkkəb sosial quruluşa malikdirlər. Qrup […]

Optogenetika

| Rəşad Yusifov | Beynin quruluşunu və işləyişini hüceyrə səviyyəsində öyrənmək olduqca məşəqqətli tapşırıqdır. Neyroelm tədqiq etdiyi sualları cavablandırmaq üçün çox həssas texnologiyalara ehtiyac duyur.

Yeni Dərmanların Kəşfi

Aşağıdakı dialoq məni uzun illər boyu təqib edib. Dialoqun tərkibi zaman ötdükcə müəyyən qədər dəyişsə də, strukturu və mahiyyəti eyni olaraq qalır. O: İndi sən farmakologiya oxuyub nə olacaqsan? “aptekçi”? Mən: (farmakologiya haqda bacardığım qədər ətraflı məlumat vermək səyi nəticəsində əmələ gəlmiş bir neçə budağı olan, pis quraşdırılmış cümlə) O: Əşi, bir dənə aptek açarsan […]

Beyin, “Dərmanlar” və Rock ’n’ Roll

Duyğu orqanları ətraf mühitdəki məlumatı—içdiyiniz NZS-in dadını, səs-küylü kafedə dostunuzun siqaretini tüstülədərək elədiyi söhbətləri, yan masada əyləşmiş qızların varlığını—bədənimizin içində kilometrlərcə uzanan elektrik naqilləri ilə daşınacaq olan impulslara çevirir. Beynin funksiyası, gələn bu informasiya selinin içindən ən vacib olan məlumatları işləyib, hal-hazırda getdikcə NZS-in təsiri altına düşməkdə olan canlının nə edəcəyini təyin etməkdir (gəlinən nəticə: […]

Süni Beyinlər

19-cu əsrin ortalarından bəri elm adamları bədənimizin geri qalanını idarə edən yağlı ət parçası olan beynin nədən ibarət olduğunu, necə qurulduğunu öyrənməyə çalışıblar. İspan neyroanatom Santiago Ramón y Cajal (az. Santyaqo Ramon-i-Kaxal) ilk dəfə beynin müxtəlif növ neyronlardan ibarət olduğunu müşahidə edə bilmiş və beləcə müasir neyroelmin binəsini atmışdır (Şəkil 1). 20-ci əsrin ortalarında isə […]

Cinsiyyət, gender, cinsi oriyentasiya və sinir sistemi

Deyərdim ki, bütün cəmiyyətlərdə cinsiyyət, gender və cinsi oriyentasiya ilə bağlı yanlış anlaşılmalar çox yayılmışdır. Hər həssas mövzuda olduğu kimi, bu mövzuda da müəyyən etik kod və dolayısıyla dilə gətirilməsi belə istənməyən ifadələr mövcuddur. Məsələn, neyroelmdə kişi və qadın beyninin fərqlərindən danışmaq küləkli havada kəndirbazlıq etmək qədər çətindir. Bu məqalədə, cəsarətimizi toplayıb həmin fərqlərə nəzər […]

Musiqi: Beynin və Təkamülün Müəmması

Charles Darwin İnsanın Mənşəyi kitabında musiqi barəsində yazır ki, “insanın nə musiqidən həzz alma, nə də musiqi bəstələmə bacarıqlarının onun gündəlik həyatında heç bir bir funksional dəyəri olmadığından, bu bacarıqları insanda olan ən müəmmalı qabiliyyətlər arasına daxil edə bilərik.” Daha sonralar isə o, öz gündəliklərində “əgər həyatımı yenidən yaşamaq şansım olsaydı heç olmasa həftədə bir […]

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt