Beyin Kompüterdirmi?

Beyinin inanılmaz dərəcədə mürəkkəb kompüter olduğu inancı nəinki kütləvi informasiya vasitələri sayəsində cəmiyyətdə, həmçinin elmi icmada da kifayət qədər qəbul olunmuş fikirdir. Lakin bunun nə dərəcədə düzgün fikir olduğu ilə bağlı ciddi suallar mövcuddur. Beyini kompüter kimi ələ almaq, onu başa düşməyimizə nə dərəcədə kömək edir?  Hissiyat, idrak, düşüncə kimi sözlər deyildikdə çoxlarının ağlına beyin, […]

Daha Qalın Dərsliklərə Doğru

Pionerin yanında Xan dayının ikinci əl kitab mağazasında eşələnirəm. Həmişəki kimi, Sovet vaxtının riyaziyyat-fizika kitabları arasında diqqətimi cəlb edənləri açıq-vərəqləyib təzədən yerinə qoyuram. Məqsədsiz bir axtarışın sonunda mağazadan çıxacaqda, üst-üstə qalaqlanmış dərslik qülləsinin üstündə, cəlbedici üz qabığına malik 11-ci sinif biologiya dərsliyi gözümə dəyir. Öyrənmə prosesinin böyük hissəsi qəbul olunan informasiyanı hərəkətə çevirərək istifadə etməklə […]

Elmdə Qadınlar: Ayla Kruisla Müsahibə || Women in Science: An Interview with Ayla Kruis

Ayla Kruis Biologiya üzrə Bakalavr dərəcəsini Vrije Universitetindən, İdrak Neyroelmi ixtisası üzrə Master dərəcəsini isə 2013-cü ildə Amsterdam Universitetindən almışdır. Məzun olduqdan sonra iki il Wisconsin-Madison Universitetində yaşlanmanın emosional həyata və beyinə necə təsir etdiyini araşdıran qrupda layihə meneceri kimi işləmişdir. Daha sonra Niderlanda geri dönərək çalışmalarının istiqamətini elmlə cəmiyyət arasındakı əlaqəni öyrənməyə dəyişmişdir. Hal-hazırda […]

Neyronların “Dili”

Uzaqdan Baxış Gündəlik həyatda tez-tez rast gəldiyimiz şeylər bizim üçün, təbii olaraq, adiləşir. Qəssab ət kəsməyə, həkimlər xəstələrinin ölümünə, sevgililər bir-birilərinin üzlərinə, elm adamları isə mikrometr (10-6 m) miqyasında işləməyə öyrəşir. Lakin, arasıra, bir az uzaqlaşıb etdiyimiz işə kənardan baxmaqda, onun nə mənaya gəldiyini, nə kimi nəticələrə gətirib çıxardığını düşünməkdə fayda var. Günlərin bir günü, […]

Salyan Universiteti (1)

Zamanla, iqtisadi və ideoloji faktorların diqtəsi ilə digər sosial quruluşlar kimi, təhsil sistemi də təkamül edir. Baş verən dəyişikliklər bir çox halda, ciddi etirazla qarşılaşa bilir və bu qarşıdurmalar cəmiyyətdə akademiyanın gələcəyi ilə bağlı ideyaların ortaya çıxmasına və müzakirəsinə imkan yaradır. Son illər, dünyanın bir çox yerində, (Yaponiya, Niderland və s.) humanitar elmlərə ayrılan vəsaitin […]

Növlərin Mənşəyi – Giriş

| Charles Darwin | Qarşındakı yazı müasir biologiyanın təməlində duran Charles Darwinin ölümsüz əsəri, “Növlərin Mənşəyi Üzərinə” adlı kitabının 1859-cu ildə nəşr edilmiş birinci nüsxəsinin tərcüməsinin başlanğıcıdır. İlk öncə onu qeyd etmək lazımdır ki, təkamül biologiyası Darwindən sonra uzun məsafə qət edib: bir çox təxminlərini doğrulub, bəzi açıqlamalarını dəyişdirib və s. Ona görə də, 21-ci […]

Yalçın İslamzadə ilə Müsahibə

Yalçın İslamzadə ODTÜ-də və Gazi Universitetində Fizika üzrə bakalavr və magistratura təhsilini almışdır. “Göydən Yerə” adlı bir kitabın müəllifidir. Su təmizləmə texnologiyaları sahəsində özəl sektorda işləyir. İctimai sferada Azadlıq Radiosunun internet səhifəsində, elmi-kütləvi kitabları tanıtdığı köşəsinə görə tanınır. Yalçın İslamzadə ilə tanışlığım elə bu köşə yazıları və BaşlaTV-dəki Elmi İnqilab mövzulu mühazirəsi ilə yaranıb. Ölkədə […]

Sinir Sisteminin Təkamülü 1: Hərəkət Potensialları

İnsan beyni təbiətdə rastlanan ən mürəkkəb fenomenlərdən biri, bəlkə də birincisidir. Buna görə də, onun öyrənilməsi üçün müxtəlif elm sahələri fərqli metodlardan istifadə edir. Bioloji tədqiqatlar beynin işləyişində rol oynayan oyunçuları və bioloji mexanizmləri, nəzəri tədqiqatlar isə, bu mexanizmləri riyazi formada modelləşdirərək öyrənir. Hər yanaşma “beyin necə işləyir?” sualına özünəməxsus cavab verir və alınan cavablar […]

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt